AZ

ABŞ-ın neft buruqlarının sayı azalıb

Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 3 ədəd azalıb.

Neft sahəsi xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 15-21 iyun həftəsində ölkədəki neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 3 ədəd azalaraq 485-ə düşüb.

Ötən il ABŞ-da neft qazma qurğularının sayı 61 ədəd azalıb.

Cümə axşamı 85,71 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 85,24 dollardan bağlanıb.

West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 80,59 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin barreli cümə axşamı 82,17 dollarla başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
kommersant.az

1Mənbələr