AZ

Keçmiş icra başçısına hökm oxundu

Bakı. Trend:

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işiüzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsindəkeçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdanməhrum edilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DövlətTəhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbsolunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4(mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindənsui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlısabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
20
az.trend.az

10Mənbələr