AZ

SOCAR rəhbərliyinin diqqətinə: Üfunət, xəstəlik və təhlükə mənbəyi - VİDEO

Paytaxtın Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsi “Akapen” adlanan ərazidə SOCAR-a aid hovuz tipli obyekt bataqlığa çevrilib. Avtosfer.az xəbər verir ki, sakinlər dəfələrlə Səbail rayon icra Hakimiyyətinə, “Bibiheybətneft” NQÇİ-yə şikayət edib.

Nəqliyyat eksperti Elməddin Muradlı çəkdiyi videoda da qeyd edib ki, bir müddət əvvəl SOCAR bildirilən şikayətlər əsasında bu obyektdəki vəziyyəti nəzarətə götürmək adı altında əraziyə vaqon yerləşdirib.

Sonradan heç bir iş görülmədən vaqon yığışdırılıb. Obyekt uzun müddətdir ki, həm ekologiya üçün, həm də ictimaiyyət üçün təhlükəyə çevrilib. Havalar isindikcə içi zibillə dolan obyekt yay aylarında ətrafa dəhşətli qoxu yayır.

Bu həm üzüşəhərə doğru olmayan dayanacaqda gözləməli olan vətəndaşlar, həm də ətraf ərazidə yaşayan sakinlər üçün xəstəlik mənbəyi ola bilər. SOCAR-ın mühafizə olunmayan obyektinin ərazisində oynayan uşaqlar da bir neçə dəfə bu hovuzun içinə yıxılıb. Məsələ həm televiziya, həm də qurum səviyyəsində qaldırılmasına baxmayaraq SOCAR tərəfindən həllinə cəhd edilmədiyi göz önündədir.

 

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
avtosfer.az

1Mənbələr