AZ

Çexiya millisinin aparıcı oyunçusu Türkiyə ilə görüşü buraxa bilər

Çexiya millisi ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın forvardı Patrik Şik Gürcüstanla oyunda zədələndiyi üçün Avro-2024-dəki növbəti görüşü buraxa bilər. Futbolçunun durumu ciddidir və onun son görüşdə meydana çıxması gğzlənilmir.

Çexiya millisi F qrupunda Türkiyə, Portuqaliya və Gürcüstanla mübarizə aparır. Aktivində bir xal olan çexlər qrup mərhələsinin üçüncü – sonuncu turunda Türkiyə ilə üz-üzə gələcək. Matç iyunun 26-da olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
futbolpress.az

1Mənbələr