AZ

Ləğvetmə prosesində olan bankların əmlakları - HƏRRACDA SATILIR - MƏBLƏĞLƏR

“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların əmlaklarının hərracı baş tutacaq.

Vergi ödəməyənlərin əmlakları hərraca çıxarıldı - SİYAHI - QİYMƏTLƏR

FED.az xəər verir ki, 2 iyul, 4 iyul və 11 iyul tarixlərinndə hərraclar keçiriləcək və ümumilikdə 5 banka məxsus əmlaklar hərraca çıxarılacaq.

Belə ki, 2 iyul tarixində keçiriləcək hərraca “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaqdır. Daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 56 ünvanında yerləşən 55.65 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 75 000 manatdır.

4 iyul tarixində baş tutacaq hərraca daha bir ləğv prosesində olan bankın, “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaq. Daşınmaz əmlak Lənkəran şəhəri, Həzi Aslanov Xiyabanında istifadədə olan 0,0218 ha torpaq sahəsində yerləşən 2 girişli, 301 kv.m ümumi, 239,7 kv.m əsas, 61,3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır (ofis). Daşınmaz əmlakın ilkin satış qiyməti 600 000 manatdır.

11 iyul tarixində isə  “Bank Standard” QSC və “AGBank” ASC əmlakları hərraca çıxarılacaq. Hərraca aşağıdakı cədvəldə qeyd olunmuş əmlaklar çıxarılacaq. Qeyd edək ki, hərracda start qiyməti 25 000 – 485 000 aralığında dəyişir.

Daha detallı :

Blansında olan bank

Daşınmaz əmlak

Ünvan

Start qiyməti (AZN)

1

“Bank Standard” QSC

0.06 ha torpaq sahəsində yerləşən 678.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (Bank)

Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9

485 000

2

“Bank of Azerbaijan” ASC

Xüsusi mülkiyyətdə olan, 0.0074 ha torpaq sahəsində yerləşən 24.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası

Qazax rayonu, Daş Salahlı kəndində

25 000

3

 “Bank Standard” QSC

Ümumi sahəsi 197 kv.m olan qeyri-yaşayış sahəsi

Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261, b4

450 000

4

“AGBank” ASC

320 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106

300 000

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).

Tel: 055-206-66-67

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
fed.az

1Mənbələr