AZ

Deputat müəllimlərin sertifikatlaşdırma prosesində iştirak edib

Millət vəkili Jalə Əhmədova Salyan rayonunda keçirilən  sertifikatlaşdırma prosesində iştirak edib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Salyan rayonunda keçirilən  sertifikatlaşdırma prosesində  mən də iştirak etdim. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Anar Xələfov və Şirvan-Salyan Regional Təhsil Idarəsin müdiri Sənan Mənsimlinin iştirak etdiyi sertifikatlaşdırmanın test imtahanı mərhələsinin I seansına 771 nəfər təhsilverən dəvət olunmuşdu.       
İlk olaraq müəllimlərimizə motivasiya vermək üçün çıxış etdim və Salyan rayonunda təhsilin hər zaman  yüksək səviyyədə olduğunu bildirdim. Qeyd etdim ki, təhsilin yüksək səviyyədə olması, uşaqlarımızın gələcəyi və inkişafı üçün sertifikatlaşdırma mühüm əhəmiyyət kəsb edir. Çıxışımın sonunda hər bir  müəllimə uğur arzulayaraq yüksək bal toplayacaqlarından əminliyimi ifadə etdim.



 Salyan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil edilən sertifikatlaşdırma prosesinin təşkili və gedişatını izləyərkən burada yaradılmış  şəraitin  ən yülsək səviyyədə olduğu da gözümdən qaçmadı. Belə ki, mükəmməl sistem, qeydiyyat məsələləri, şəffaflıq, nəzarət, müasir kompüterlər (ehtiyat kompüterlərin belə  olması), tibbi xidmət, müəllimlərin su və digər tələbatları ən üst səviyyədə təmin edilmişdi. 
Daha sonra 50-dən yuxarı nəticə göstərən  müəllimlərləri təbrik edərək onlarla xatirə şəkli çəkdirdim. Xüsusi olaraq onu da qeyd edim ki,  yüksək bal toplayanlardan biri riyaziyyat müəllimi  olan şəhid xanımı, digəri isə ingilis dili müəllimi olan şəhid bacısı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
olaylar.az

1Mənbələr