AZ

"Rubin"dən Dakuya cəza – onun döyməsi və təhqiri serbləri özündən çıxarıb

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Xorvatiya - Albaniya görüşündən (2:2) sonra yaşanan xoşagəlməz hadisədən xəbərdarsız.

Xatırladaq ki, Albaniya millisinin və Rusiya "Rubin"inin üzvü Mirlind Daku səsucaldıcı vasitəsilə serbləri və makedoniyalıları təhqir edib. Futbolçunun qeyri-etik davranışı tribunadakı azarkeşlərin narazılığına səbəb olub.

"Football-plus.az" "index.hr"a istinadla xəbər verir ki, hadisənin geniş ajiotaj doğurması "Rubin"i tədbir görməyə vadar edib. Klub saytında yer alan xəbərə görə, Dakuya maliyyə və intizam sanskiyası tətbiq ediləcək. Rusiya təmsilçisi komandada müxtəlif millətlərdən olan futbolçuların çıxış etdiyini, bu üzdən dini və irqi zəmində təhqirin yolverilməz olduğunu bildirib.

Maraq üçün Dakunun belindəki döyməylə diqqəti çəkdiyini bildirək. Bəli, 26 yaşlı mərkəz hücumçusunun kürəyində Serbiyadan müstəqillik tələb edən Kosovo Azadlıq Ordusunun alban komandiri, mərhum Aqim Ramadani Katana həsr olunmuş döymə var ki, futbolçu bu üzdən serblərin qəzəbinə tuş gəlir. Daku Kosovoda doğulub və vaxtilə buranın millisində oynayıb.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr