AZ

Netanyahudan tənqidi Livan bəyanatı: “Sərhəddəki vəziyyəti dəyişməyə hazırlaşırıq”

İsrailin baş naziri Benyamin Netanyahu Livan sərhədində mövcud vəziyyəti dəyişməyə hazırlaşdıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Kanal 14 Televiziyasına verdiyi müsahibədə Livan sərhədindəki vəziyyət və Qəzzadakı müharibə ilə bağlı qiymətləndirmələr edib.

"Mən ölkənin şimalındakı vəziyyəti belə buraxmağa hazır deyiləm. Biz buna hazırlaşırıq". Netanyahu bununla bağlı planlarının təfərrüatlarını mətbuata açıqlaya bilməyəcəyini bildirib.

Qəzzadakı müharibə ilə bağlı danışan Netanyahu, "Qəzzada gərgin qarşıdurma mərhələsi bitmək üzrədir və mən HƏMAS-ı məhv etmədən müharibəni dayandırmağa hazır deyiləm. İsrail Qəzzada fələstinlilərlə əməkdaşlıq edərək mülki idarəçilik qurmaq istəyir" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
turkustan.az

1Mənbələr