AZ

"COP29 sessiyası zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək”

Məlumdur ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alaraq hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif etdi.Aydındır ki, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. 

COP29 sessiyası çərçivəsində ən vacib tədbirlərdən biri - Parlament Konfransının təşkili də nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Bu əhəmiyyətli iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra 2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, böyük qələbəmizdən sonra artıq yeni dövr başlayıb. Elə bütün ölkə ərazisində keçirilən ilk prezident seçkiləri də bu dövrün başlanğıcı idi. İlk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması da zəruridir. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
adalet.az

2Mənbələr