AZ

A Seriyasını Liqa 1-ə dəyişir - İtaliyalı futbolçu

"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən məlumat verir ki, "Marsel" 26 yaşlı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

Daha əvvəl “Marsel”in baş məşqçi postunu “qoca sinyora”nın istedadının pərəstişkarı olan italiyalı mütəxəssis Roberto de Zerbi tutacağı iddia olunurdu.

Manuel 2021-ci ildən Turinin top klubunda çıxış edir. Ümumilikdə yarımmüdafiəçi 132 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
90deqiqe.az

1Mənbələr