AZ

Xüsusi nümayəndə: Xankəndi və ətraf rayonların hüquq-mühafizə orqanlarının üzərinə mühüm vəzifələr düşür

Xankəndidə və ətraf rayonlarda hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür.

APA xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" elmi-praktiki konfransda deyib.

O bildirib ki, Azərbaycan prokurorluğu istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində xalqımıza qarşı törədilmiş cinayətlərin təqibində hər zaman məqsədyönlü fəaliyyət göstərib: "Xüsusilə Vətən müharibəsində dinc əhaliyə qarşı cinayət törətmiş, eləcə də uzun illər ərzində qondarma quruma rəhbərlik etmiş bir sıra şəxslərə qarşı cinayət işinin açılması, zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi və onların tutularaq məsuliyyətə cəlb edilməsində prokurorluq orqanları yüksək peşəkarlıq nümayiş etdirib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
apa.az

3Mənbələr