AZ

DİM rəhbəri: İmtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil

Bakı, 24 iyun, AZƏRTAC

İmtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində “Abituriyent” jurnalında çap olunub: “Maraqlanan hər bir şəxs onu imtahanda təqdim olunan modellə müqayisə edə bilər. Fevral ayında sınaq imtahanı keçirildi. O suallar da açıq formada nəşr olunub və kim istəsə müqayisəli təhlil apara bilər. Statistika da gözlədiyimiz nəticəni göstərdi. Bu statistika imtahanda iştirak edən şəxslərin nəticəsi əsasında ölçülür. Bu statistikanı ictimaiyyətə təqdim edirik və onun nəticəsində gözlədiyimiz cavabları görürük”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
azertag.az

4Mənbələr