AZ

Mixal Mlınar: UN-HABITAT ilə Azərbaycan arasında yaxşı əlaqələr qurulub

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Azərbaycan arasında yaxşı tərəfdaşlıq əlaqələri qurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə UN-HABITAT-ın icraçı direktoru vəzifəsini icra edən Mixal Mlınar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevlə Bakıda COP29 çərçivəsində urbanizasiya gündəliyinin həyata keçirilməsini müzakirə edib.

“Qahirədə keçiriləcək XXII Dünya Şəhər Forumunda (WUF12) Azərbaycan nümayəndə heyətini səbirsizliklə gözləyirik!” – paylaşımda qeyd edilib.

BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən WUF12 2024-cü ildə Misirdə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
operativmm.az

1Mənbələr