AZ

"4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib" - Kamran Əliyev

“Ekoloji hüquqpozmalarla bağlı 4 il ərzində 4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.

 

Sfera.az bildirir ki, bunu Baş Prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfransda deyib.

 

O qeyd edib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda və yerlərdə ekoloji hüquqpozmalara qarşı mübarizə, maarifləndirmə və həmin qəbildən pozuntuların qarşısının alınması məqsədilə dərin ixtisaslaşma işi aparılıb.

 

“2020-ci ildə təsis olunan Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən bu günədək 701 cinayət xarakterli məlumat araşdırılıb, 407 cinayət işi başlanılıb. 4.193.168 (dörd milyon yüz doxsan üç min yüz altmış səkkiz) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılmış icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla bağlı olub”.

 

K.Əliyev bildirib ki, Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun tələblərinə əsasən, idarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
sfera.az

10Mənbələr