AZ

İsraildə hərbi böhran: İctimaiyyəti ayağa qaldıracaq qərar rəsmən təsdiqləndi

İsrail hökuməti ehtiyatda olan hərbi xidmət müddətini artıran və ilk səsverməsi sabah parlamentdə keçiriləcək qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, İsrail hökuməti ehtiyatda olan əsgər və zabitlərin xidmət müddətinin daha 3 ay uzadılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Sözügedən qanun layihəsində ehtiyatda olan hərbçilərin 41, ehtiyatda olan zabitlərin isə 46 yaşa qədər xidmət etməsi də nəzərdə tutulub.

Hərbi xidmətlə bağlı qüvvədə olan qanunun müddəti iyunun 30-da başa çatır. Ona görə də yeni qanun layihəsinin qanuna çevrilməsi üçün bu həftə parlamentdə üç dəfə səsvermə keçirilməlidir.

Mövcud qanuna görə, ehtiyatda olan zabitlər 40, ehtiyatda olan zabitlər isə 45 yaşa qədər xidmət edirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
turkustan.az

1Mənbələr