AZ

Şotlandiyada sənaye zonasında partlayışlar olub

Şotlandiyanın Qlazqo şəhərindən bir qədər aralıda sənaye zonasında güclü yanğın baş verib, ardınca çoxlu sayda partlayış səsləri eşidilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Sun” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yanğınsöndürən maşınlar güclü yanğın fonunda çoxlu partlayış səslərinin eşidildiyi sənaye zonasına yönəldilib.

Yanğınsöndürənlər yanğını söndürməkdə davam edir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
veteninfo.az

1Mənbələr