AZ

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri

Məlum olduğu kimi, Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti üzrə mənfəət, habelə bu fəaliyyət üzrə satışdankənar gəlirlər və dividend gəlirləri 2024-cü il yanvarın 1-dək mənfəət vergisindən azad edilib. Bilmək istəyirəm ki, bu güzəştlər 2024-cü ildən sonra da davam edirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilib.

Vergi Məcəlləsində 2024-cü il yanvarın 1-dən edilmiş dəyişikliklərə əsasən, müvafiq azadolmaların, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan rezident hüquqi şəxslərin iştirakçılarının bu sahə üzrə dividend gəlirlərinin mənfəət (gəlir) vergisindən azadolması 2024-cü ilin yanvar ayının 1-dən daha 3 il müddətinə artırılıb.

Əsas: Vergi Məcəlləsinin 102.1.11-ci, 102.1.11-1-ci, 106.1.14- cü, 106.1.14-1-ci, 164.1.18-ci, 199.9-cu və 218-1.1.1-ci maddələri.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
vergiler.az

2Mənbələr