AZ

Dəhşət! 20 yaşlı gənci məcburi cinsiyyət dəyişdirmə əməliyyatı edildi

Dəhşət! 20 yaşlı gənci məcburi cinsiyyət dəyişdirmə əməliyyatı edildi

Hindistanda baş verən hadisə bütün dünyada geniş əks-səda doğurub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Uttar-Pradeş ştatının kəndlərindən birində yaşayan 20 yaşlı gənc cinsiyyətini dəyişdirmək üçün əməliyyat keçirməyə məcbur edildiyini iddia edib.

Mücahid Omprakaş adlı gəncin ona "Səni kişidən qadına çevirdim və indi mənimlə evlənməlisən. Sənin üçün vəkil təyin etdim və məhkəmə nikahı hazırladım" dediyini iddia edib.

Yerli polis həmin şəxsi həbs edib və hadisəyə qarışan həkimləri araşdırmağa başlayıb. Travmatik hadisə nəticəsində həyatına ciddi zərbə vuran gənc üçün də təzminat istəniləcək. NDTV xəbərlərinə görə, Gəncin ailəsi də məhkəməyə müraciət etməyi planlaşdırır. Polis iddiaların araşdırıldığını və təqsirli bilinən şəxslər barəsində lazımi hüquqi tədbirlər görüləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
sonxeber.az

1Mənbələr