AZ

Daşqınlar məhsul qıtlığı yaradacaq? - Açıqlama

“Son zamanlar müşahidə edilən yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının yetişməsinə mane olur. Sel gələn, dolu düşən ərazilərdə isə bostan və tərəvəz bitkiləri məhv olub gedir. Dolu düşən ərazilərdəki bostan bitkiləri isə məhv olub gedir. Bu hal kənd təsərrüfatı məhsullarının bolluğuna müəyyən təsir göstərir. Ancaq bütün bunlara baxmayaraq, bu il meyvə-tərəvəz qıtlığı yaşanmayacaq”.




Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, xüsusilə sel suları təsərrüfatlara xeyli ziyan vurub:


“Sözsüz ki, bu, məhsuldarlığa mənfi təsir göstərdi. Amma hər halda bu il meyvə bağlarında meyvə boldur, itkilər kompensasiya ediləcək. Dolu, sel olan ərazilərdə təsərrüfat məhv olsa da, bu, ölkədə meyvə-tərəvəz qıtlığı yaratmayacaq”.

Ekspert əlavə edib ki, dəyişkən hava şəraitinin ən çox mənfi təsir etdiyi sahə taxılçılıqdır:

“Bir müddət sonra taxıl zəmiləri biçinə hazır olmalıdır. Amma proses yubanacaq. Çünki məhsulun yetişmə dövrü uzanacaq. Eyni zamanda, yağış düşəndə taxılın dibində yay mövsümündə çıxan alaq otlarının inkişafı sürətlənir ki, bu da taxıl biçininə mane olur. Taxıl biçən kombaynlar alaq otları qalxmış sahələrdə biçin işini aparmaqda çətinlik çəkirlər. Bu da məhsul itkisinə yol açır. Məlumdur ki, Azərbaycan taxıla olan tələbatın əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Təqribən ölkədaxili taxıl tələbatının 60 faizi idxal hesabına qarşılanır. Yalnız tələbatın 40 faizi istehsal oluna bilir. Bu səbəbdən qeyri-stabil hava şəraiti məhsuldarlığın azalmasına səbəb olsa belə, qıtlığa gətirib çıxarmayacaq. Məhsuldarlıq azalarsa, sadəcə, taxılın idxal həcmi bir qədər artacaq”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
bakupost.az

2Mənbələr