AZ

10 ildir sahibini gözləyən nüfuzlu mükafat türkiyəli alimin də olduğu komandaya verildi -FOTO

Böyük Britaniyanın 8 milyon funt-sterlinq dəyərində olan nüfuzlu “Longitude” mükafatı İsveçdə mikroblara qarşı müqavimət testi hazırlayan komandaya verilib.

Medicina.az xəbər verir ki, mükafatı qazanan komandada testin ixtiraçılarından olan türkiyəli alim Özden Baltekin də var. Mükafat 10 ildir ki, superböcəklərlə mübarizədə fərq yarada bilən ixtiraya imza atacaq sahibini gözləyirdi.

Hazırlanan test sidik yolları infeksiyaları zamanı infeksiyanın bakteriyadan qaynaqlanıb-qaynaqlanmadığını müəyyən edərək düzgün antibiotik müalicəsini təyin edir. Mövcud ənənəvi üsullarla təxminən 3 gün ərzində nəticə əldə edildiyi halda, bu testlə 45 dəqiqə ərzində nəticə məlum olur.


Testin ixtiraçılarından biri olan türkiyəli alim Özden Baltekin deyir ki, onların texnikasının ən üstün cəhəti istifadə etdikləri nanoçiplər sayəsində tək bir bakteriyanın inkişafını belə müşahidə edə bilmələridir. Bu yolla xəstələrin lazımsız antibiotik qəbulunun qarşısının alınması planlaşdırılır.

Qeyd edək ki, maliyyə dəyəri Nobel mükafatından təxminən 10 dəfə çox olan “Longitude” mükafatı tarixdə ikinci dəfədir verilir.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
medicina.az

1Mənbələr