AZ

"Zelenski zəif siyasi fiqurdur"

"Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski zəif siyasi fiqurdur, Kiyev rejimi 100% ABŞ-dan asılıdır.

Bu fikri ölkənin keçmiş baş naziri (2010-2014) Nikolay Azarov deyib.

“Zelenski ambisiyaları olsa da, açıq şəkildə zəif fiqurdur” deyən Azarov aif.ru-ya müsahibəsində “Zelenskinin prezidentliyinin altıncı ili tamam olur, amma bu müddət ərzində iqtisadiyyatda hansı ciddi dəyişikliklər edilib, hansı islahatlar aparılıb?" sualını verib.

Onun sözlərinə görə, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermaka siyasi çəki qazanmağa imkan verən Zelenskinin zəifliyidir. “Deyə bilərəm ki, müxtəlif prezidentlər dövründə administrasiya rəhbərinin dövlət başçısı üzərində fərqli çəkisi və təsiri olub. Yermak ölkənin xarici və daxili siyasətini müəyyən etməyə çalışır”, - deyə eks-baş nazir Qərb mətbuatında prezident aparatının rəhbəri ilə bağlı yazıları şərh edərkən qeyd edib.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr