AZ

“Müəyyən işlər görəcəyik ki, bu nəticəni əldə edək“

“Bu illər ərzində müəyyən layihə çərçivəsində işlər görəcəyik ki, bu nəticəni əldə edək“.

Sportinfo.az verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O. AFFA rəhbərliyinin millinin yeni baş məşqçisi Fernandu Santuşa inandığını bildirib:

“AFFA rəhbərliyi ilə Santuş arasında qarşılıqlı inam var. Danışıqlar prosesinə əsasən, onun da bizə inandığını dilə gətirə bilərəm.

Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib.

Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sportinfo.az

1Mənbələr