AZ

Netanyahu ilə ABŞ arasında münaqişə davam edir

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan İsrailə silah daşınmalarının 4 ay əvvəl “dramatik azalma” yaşadığını ifadə edərək, müəyyən hissələr istisna olmaqla, silahların əksəriyyətinin gəlmədiyini iddia edib və məsələni paylaşmağın doğru olduğunu müdafiə edib.

Turkustan.az xəbər verir ki, Netanyahu 4 ay əvvəl ABŞ- dan İsrailə silah daşınmasında “dramatik azalma” olduğunu, Amerika rəsmiləri ilə görüşlərində daşınmanın sürətləndirilməsi çağırışlarını təkrarlasalar da, “əsas vəziyyətin dəyişmədiyini” iddia edib. İsrail baş naziri “Müəyyən hissələr yavaş-yavaş gəldi, lakin silahların əksəriyyəti geridə qaldı (gəlmədi)” deyərkən, bu vəziyyəti ictimaiyyətə açıqlamağın doğru olduğunu qeyd etdi və ümid etdiyini də sözlərinə əlavə etdi. ABŞ səfiri Amos Hochstein Netanyahunun şərhlərinin "məhsuldarsız" və "tamamilə əsassız" olduğunu bildirib. Bu arada, Qəzza müharibəsi başlayandan bəri İsraildə keçirilən ən böyük etiraz nümayişində Həmas tərəfindən saxlanılan girovların azad edilməsi və erkən seçkilərin keçirilməsi tələbləri artıb. Təşkilatçılar təqribən 150 min insanın iştirak etdiyi nümayişdə növbədənkənar seçkilərin keçirilməsi və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı razılaşma tələbi təkrarlanıb. Nümayişdə çıxış edən yerli kəşfiyyat agentliyi Şin Bet-in keçmiş direktoru Yuval Diskin Netanyahunu İsrail tarixində “ən pis hökumət başçısı” adlandırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
turkustan.az

1Mənbələr