AZ

Həbib terror aktı ilə bağlı paylaşım etdi: Yaraqlılardan biri onun şagirdidir?

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda baş verən terror aktları ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Həbib silahlı şəxslərin hücumu nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə vəziyyətlərdən qorusun, başımızın üstündə sülh səması nəsib etsin.

Özünüzün və yaxınlarınızın qayğısına qalın, hər kəs ətrafına və uşaqlarına, kimlərlə ünsiyyət qurduqlarına və ətrafına baxsın.

Ruhların tərbiyəsi bədən tərbiyəsindən daha vacibdir”, - deyə Həbib bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
publika.az

1Mənbələr