AZ

Universitetdən imtina edən tələbə yenidən ödənişsiz təhsil ala bilər?

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunub ki, hər bir vətəndaşın dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququ var.

 

Ali məktəbə dövlət hesabına qəbul olunan tələbələr bəzi hallarda universiteti bitirməmiş təhsildən imtina etməli olurlar.

 

Bəs bu halda onlar yenidən ali təhsil almaq üçün yalnız ödənişli əsaslarla oxuya biləcək?

 

Dövlət İmtahan Mərkəzindən (DİM)  AzEdu.az-a bildirilib ki, həmin şəxslərin yenidən dövlət sifarişi əsasında təhsil almaq hüquqları var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
azedu.az

3Mənbələr