AZ

Azərbaycanda qara kürü istehsalı artıb

2024-cü ilin yanvar-mayında Azərbaycandan xaricə 308 min 740 dollar dəyərində 280 kq nərə balıqlarının kürüsünü ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 176 min 740 dollar dəyərində 230 kq kürü olub.

Car ilin beş ayından xaricdən 549 min 760 dollar dəyərində 1 830 kq kürü idxal edib. Son bir ildə kürü idxalını miqdar ifadəsi ilə 80 kq (4,2%), idxala çəkdiyi xərcləri isə 22 min 890 dollar (4%) azaldıb.

Azərbaycanın xaricdən aldığı kürünün kiloqramı isə bu ilin beş ayının nəticələrinə görə 511 manata başa gəlib bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 1 manat ucuzdur. Ötən ilin eyni dövründə bu göstərici 511 manat idi.
 
Hesabat dövründə Azərbaycana gətirilən nərə balığı kürüsünün 100%-i Çindən idxal edilib.


Son illərdə Azərbaycanda qara kürü istehsal edən zavodlar yaradılıb. Bura "Azerbaijan Fish Farm”ı və "Nərəkənd” balıq yetişdirmə zavodunu nümuna göstərmək olar.
 
Azərbaycanda qara kürünün istehsalı üzrə ilk zavod 1954-cü ildə Neftçala rayonunda, Kür çayının dəhnəsinə yaradılıb.
 
"Azerbaijan Fish Farm” şirkətində hazırlanmış çökə balığından əldə olunan bir banka kürü 70 AZN-ə təklif olunur.
 
Aytac Zeynalova

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
anews.az

1Mənbələr