AZ

AÇ-2024-də 11-ci gün: 2-ci yeri İtaliya, yoxsa Xorvatiya tutacaq? - YENİLƏNİR

Yetərincə maraqlı oyunlara və rəngarəng görüntülərə səhnə olan AÇ-2024 tam sürətlə davam edir.

"Football-plus.az" xəbər verir ki, bugün 3-cü turun daha iki qarşılaşması keçiriləcək.

24 iyun
B qrupu
Albaniya – İspaniya

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu/Rodri
Stadion: “Merkur Şpil Arena” (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +0=0-8

Xorvatiya – İtaliya
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: “Red Bull Arena” (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +3=5-1
İspaniya – 6, İtaliya, 4, Albaniya, Xorvatiya – 1.

Düzdü, İspaniya əvvəlcədən bu qrupun favoriti sayılırdı. Amma “buğalar”ın “ölüm qrupu”nda bu dərəcədə “ağalıq edəcəyi” gözlənilmirdi. 2 turdan sonra həm maksimum xal toplayan, həm də qol buraxmayan komanda nəinki pley-offa vəsiqəni, hətta qrup liderliyini də təmin edib!

Təslim olmağı sevməyən inadkar albanların sona qədər döyüşəcəyi gözlənilir. İspaniya üçün bu oyunun formal xarakter daşıması albanların xeyrinə işləyə bilər. Silvinyonun komanda sürpriz edib tarixində ilk dəfə İspaniyanı yenməyi bacarsa, o zaman nəhənglərdən – İtaliya ilə Xorvatiyadan biri pley-offdan kənar qalacaq! Bu turnir bir daha göstərdi ki, “damalılar”da Modriç başda olmaqla “qızıl nəsil” artıq yerini cavanlara verməlidi. İspaniya önündə bir hissəyə “ağ bayraq qaldıran” Xorvatiya qrupun ən zəif halqası kimi görünən albanlarla da bacarmadı. Hərçənd uğursuz starta baxmayaraq, Zlatko Daliçin komandasının hələ də pley-offa yüksəlmək şansı var.

İtaliyaya qarşı şəxsi oyunların balansı xorvatları sevindirməyə bilməz. İtaliya tarixi ərzində bu rəqibə qarşı ilk və yeganə qələbəsini bu komandaların birinci duelində - 1942-ci ilin aprelində Cenoadakı yoldaşlıq oynunda qazanıb. İtalyanlar o vaxtdan bəri keçirilən 8 oyunun heç birində sevinə bilməyiblər (5 heç-heçə, 3 məğlubiyyət). Yəni “skuadra adzurra” bu rəqibə qarşı sindroma son qoymağa çalışacaq. Hərçənd pley-off üçün italyanlara heç-heçə də bəs edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr