Bakı. Trend:
Daşkəsəndə 39 yaşlı qadın öldürülüb.
Trend xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğuməlumat yayıb.
Bildirilib ki, iyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu,Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanınöldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevinaralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətləryetirərək, arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraqistintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxsqismində tutulub.