AZ

Dənizdə batan gənc magistraturada oxuyurmuş - Foto

Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.

Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.

Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
qafqazinfo.az

7Mənbələr