AZ

“Andrey “Qarabağ”da əla oyunlar keçirdi”

Rusiyalı sabiq futbolçu Erik Korçaqin Andrey Lunyovun “Qarabağ”dan Moskva “Dinamo”suna keçidinə münasibət bildirib. Vaxtilə “Dinamo”da oynamış keçmiş forvard Lunyov transferini moskvalılar üçün doğru addım kimi qələmə verib.

Onun fikrincə, “Qarabağ”dakı yüksək səviyyədə çıxış 32 yaşlı qolkiperin karyerasına müsbət təsir edəcək: “Dinamo” başqa qapıçılar alsa da, görünən odur ki, əsas qapıçı Lunyov olacaq. Çünki Andrey “Qarabağ”da əla oyunlar keçirdi və tam hazır vəziyyətdə gəlib. O, Azərbaycan klubunda forma yığaraq Rusiyanın ən yaxşı qapıçılarından birinə çevrildi. Bu üzdən ilk turlarda “Dinamo”nun əsas qapıçısı Andrey olacaq. Sonra kim daha güclü olsa, o da çıxış edəcək”.

Qeyd edək ki, Andrey Lunyov “Dinamo” ilə 2+1 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
futbolinfo.az

1Mənbələr