AZ

Tikintisini azərbaycanlı başlatdı və BİTİRDİ - VİDEO

Tikintisini azərbaycanlı başlatdı və BİTİRDİ - VİDEO

Azərbaycanın Qafqaz xalqları ilə qarşılıqlı hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətləri heç kəsə sirr deyil. Bu mənada Azərbaycan- Şimali Osetiya xalqları arasında əlaqələri xüsusi vurğulanmağa dəyər. Xalqlarımızı birləşdirən dəyərlərdən olan Muxtarov məscidinin bərpası və yenidən qurulması yüksək dəyərləndirilir.

1900-1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarov məscidin tikintisini maliyyələşdirməkdə köməklik edib. Hələ o zamanlar 80 min rubla başa gələn məscidin 50 min rublunu Murtuza Muxtarov ödəyib. Elə bu səbəbdən həmin məscidə Murtuza Muxtarovun adı verilib.

Sonxeber.az xəbər verir ki, sözügedən məscid ilə bağlı "Aztv Xəbər" maraqlı süjet hazırlayıb:

"Bizim üçün çox fəxrdir ki, şəhərimizdə belə bir məscid var. Mən deyərdim ki, bu məscid şəhərin vizit kartıdır. Murtuza Muxtarovun xatirəsini əziz tuturuq və ona rəhmət diləyirik. Bura böyüklər ilə yanaşı, balacalarda gəlirlər. Onlara burada dərslər təşkil olunur. Bu məscidə təkcə içəridən deyil, bayırdan baxmaq belə göz oxşayır. Bu arxitektura o qədər möhtəşəmdir ki, kərpicin kərpicə necə gözəl qoyulduğunu da görmək olar. Belə bir məscid heç yerdə yoxdur".

Ətraflı "Aztv Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sonxeber.az

1Mənbələr