AZ

"Real" Lunin ilə yollarını ayırır?

"Real Madrid" və Ukrayna millisinin qapıçısı Andrey Lunin yay transfer pəncərəsində klublarını dəyişə bilər. 

90deqiqe.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, 25 yaşlı qolkiperlə bir neçə Avropa klubu maraqlanır. Lunin uğrunda Londonun “Arsenal”, “Nyukasl” və “Atletiko Madrid” klubları yarışacaq. Karlo Ançelottinin əsas üstünlük verdiyi belçikalı Tibo Kurtuanın kölgəsində qalmamaq üçün futbolçu "Real Madrid"i tərk edə bilər.

"Los Blancos" prezidenti Florentino Peres Luninin transferi ilə bağlı danışıqlara hazırdır. Menecer onun satışından 35 milyon avro qazanmaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
90deqiqe.az

1Mənbələr