AZ

İrandan Kanadaya cavab: təhlükəsizlik qüvvələrini terrorçu kimi tanımaq istəyir

İran Parlamentində Kanada təhlükəsizlik qüvvələrinin terrorçu kimi tanınması təklifi irəli sürülüb
İran Parlamenti İslam Respublikası hökumətini Kanada silahlı qüvvələri və təhlükəsizlik qüvvələrini terror təşkilatları siyahısına əlavə etməyə məcbur edən layihəyə baxmağa başlayıb. AYNA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Nəşr qeyd edib ki, bu təşəbbüsün qəbulu Kanada hakimiyyətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarına cavab olacaq.
Parlament üzvləri Kanada hökumətinin qərarını “axmaqlıq” adlandırıb və İran Xarici İşlər Nazirliyini atılan addımı pisləmək üçün bütün siyasi və beynəlxalq vasitələrdən istifadə etməyə çağırıb.
Qeyd edək ki, iyunun 19-da Kanada İran SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bununla əlaqədar Kanada Xarici İşlər Nazirliyi öz vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb. Bundan əlavə, kanadalılara İslam Respublikasına səfərdən çəkinmələri tövsiyə olunub.
2023-cü ilin oktyabrında Ottava JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) şərtlərinə əsasən müddəti başa çatmış sanksiyaları əvəz etmək üçün Tehrana qarşı sanksiyalar tətbiq edib. İrana qarşı sanksiyaların uzadılmasına səbəb regional və beynəlxalq təhlükəsizlik üçün “nüvə silahının yayılması” təhlükəsi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
ayna.az

1Mənbələr