AZ

İran Kanadanı terrorçular siyahısına salır

İran Kanada təhlükəsizlik qüvvələrini terrorçular siyahısına əlavə etməyi təklif edib.

Busaat.az xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.

Məlumata görə, İran parlamentinin 250 üzvü bazar günü Kanada hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qara siyahıya salınması ilə bağlı düşməncəsinə hərəkətini pisləyən bəyanat imzalayıb.

Bəyanatda hökumətdən ordunu, eləcə də Kanada hökuməti ilə əlaqəli hərbi və təhlükəsizlik qüvvələrini terrorçular kimi təyin etməyi tələb edən təklif irəli sürülüb.

Həmçinin Kanada hökumətinin SEPAH əleyhinə addımı bütün beynəlxalq qanun və qaydalara zidd olan axmaq hərəkət adlandırılıb.

Qeyd edək ki, iyunun əvvəlində Kanada hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
busaat.az

1Mənbələr