AZ

AÇ-2024: İtaliya Xorvatiyaya, İspaniya Albaniyaya qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, 11-ci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Bu gün B qrupunda mübarizəyə yekun vurulacaq. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Albaniya İspaniyayla, Xorvatiya isə İtaliya ilə üz-üzə gələcək. Müvafiq olaraq Düsseldorf və Leypsiq şəhərlərində baş tutacaq bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 23:00-da) start veriləcək.

Qeyd edək ki, İspaniya yığması son turun nəticəsindən asılı olmayaraq, artıq 1/8 finala vəsiqə qazanıb. Bu üzdən də Albaniya ilə oyun ispanlar üçün tamamilə formal xarakter daşıyır.

Xorvatiya – İtaliya matçı isə əsl ölüm-dirim mübarizəsinə səhnə olacaq. İtaliya yığması qalib gəlsə, ikinci yerlə növbəti mərhələyə yüksələcək. Albaniya və Xorvatiyanın qələbə qazanacağı təqdirdə isə italyanlar qrupda qala bilərlər.

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi hər iki oyundan qalib ayrılmış Almaniya və Portuqaliya yığmaları da İspaniya millisi kimi, 1/8 finala vəsiqəni erkən təmin ediblər. İsveçrə yığması isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

AÇ-2024
B qrupu
24 iyun

23:00. Albaniya – İspaniya
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spiel-Arena”.

23:00. Xorvatiya – İtaliya
Baş hakim: Danni Makkeli (Niderland).
Leypsiq. “Red Bull Arena”.

Xallar: İspaniya – 6. İtaliya – 3. Albaniya – 1. Xorvatiya – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
arena.az

1Mənbələr