AZ

Rəsmi Tokiodan yaponlara ÇAĞIRIŞ: "Rusiyaya getməyin"

Yaponiya hakimiyyəti Dağıstanda baş verən terror aktları ilə əlaqədar öz vətəndaşlarına Rusiya ərazisinə səfərlərdən çəkinməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşinin çıxış edib.

O deyib ki, Tokio Rusiya Federasiyasındakı vəziyyəti izləməyə davam edir.

“Hökumət Rusiyadakı vəziyyəti, o cümlədən bu hadisəni yaxından izləməyə davam edəcək. Səyahətlərin dayandırılması ilə bağlı tövsiyələr Rusiya Federasiyasının bütün ərazisi üçün tətbiq olunmağa davam edir”, - Hayaşi Tokioda mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda Rusiyada Yaponiya vətəndaşlarının həyatı üçün təhlükə halları barədə məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
publika.az

1Mənbələr