AZ

"GÖRÜŞ" FİLMİNİN QADIN QƏHRƏMANININ ACI TALEYİ

...Bu özbək aktrisa çox yəqin "Görüş" filmindən xatirinizdədir. Adı Nellidir, Nelli Ataullayeva. Dünyanın əzabkeşlərindən biri olub. Bir oğlan qara bəbəkləri əqiq kimi bərq vuran Nelliyə aşiq olur, qız da oğlanın iti baxışlarındakı amiranəliyə biganə qalmır, qəlbinin hökmüylə sevir onu. Qoşulub qaçırlar. Atası Nellidən imtina edir. Çox keçmir, əriylə münasibəti korlanır, ürəyi xoş arzularla çırpınan qadının bəxtəvərlik məzhəkəsi tüstü kimi dağılır.

Öz vəziyyətinin ağırlığına tab gətirə bilməyən zavallı Nelli içki və narkotika aludəçisinə çevrilir. Əvvəl atası üçün olduğu kimi, indi də bəşəriyyət üçün faydasız bir kəsə çevrilir. 43 yaşında sağalmaz xəstəlikdən ölür. Ölüm yatağında balaca sifəti mərhəmət hissiylə səyriyən Nellinin ağzından çıxan yeganə kəlmə "ata" olur.

Bu da həyatın çətin sınaqlarından keçmənin bir imtahanı...

Etibar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
tezadlar.az

1Mənbələr