AZ

Dağıstanda son vəziyyət necədir?

Dağıstanda

Dağıstanda silahlıların hücumu nəticəsində 15-dən çox polis əməkdaşı həlak olub.

Reyting.az
xəbər verir ki, bunu regionun rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində bir neçə mülki şəxs də həlak olub. Həlak olan mülki şəxslər arasında 40 ildən artıqdır Dərbənddəki pravoslav kilsəsində xidmət edən Nikolay atada var.

“Dağıstanda silsilə terror aktlarından sonra vəziyyət hakimiyyət və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Sizdən sakit olmağınızı xahiş etmək istərdim. Vəziyyət dövlət və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır”, - deyə regionun rəhbəri qeyd edib.

O, həmçinin bildirib ki, ölən və yaralananların ailələrinə maddi yardım göstəriləcək. “Bütün həlak olanların ailələrinə və yaralananlara icbari maddi yardımın göstərilməsi barədə qərar qəbul edilib. Həm polis əməkdaşları, həm də mülki şəxslər…”, - deyə Melikov bildirib.

Dağıstanın başçısı qeyd edib ki,regionlardakı həmkarlarından, habelə federal icra hakimiyyəti orqanlarının rəhbərlərindən və dağıstanlılardan çoxlu dəstək sözləri alıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
reyting.az

1Mənbələr