AZ

Rüşvətə görə həbs edilmiş vəzifəli şəxs bəraət istəyir

Ağdam rayon Vergilər şöbəsinin sabiq direktoru Valeh Qasımovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

 

Şikayət hakim Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ağdam rayon Vergilər şöbəsinin direktoru V.Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Maliyyə idarəsindən daxil olan ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə, ümumilikdə, 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan məsuliyyətə cəlb edilib.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakalığı) maddələri ilə ittiham verilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 24 İyun 2024, 08:36   
Seçilən
119
pravda.az

1Mənbələr