AZ

"Öz gözümüzdə tiri görmürük...”- Roqozindən Dağıstandakı terrorda da Ukraynanın suçlanmasına etiraz...

"Roskosmos"un keçmiş baş direktoru Dmitri Roqozin Dövlət Dumasında guya Dağıstandakı son terror aktlarının arxasında Ukrayna Və NATO ölkələrinin dayandığı haqda  bəyanatları “çəhrayı duman” adlandırıb.
 
Moderator.az xəbər verir ki, keçmiş baş direktor bu barədə öz telegram-kanalında yazıb.
 
“Əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun hiyləsi ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Öz gözümüzdə tiri görmürük, özgə gözündə tir axtarırıq... Artıq gerçəkləri görməyin vaxtı deyilmi””, – deyə Roqozin bildirib.
 
Xatırladaq ki, dünən Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev Dağıstandakı son terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli olduğunu bildirib. Onun fikrincə, bu teraktlar xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə törədilib.
Son məlumatlara görə, Dərbənd və Mahaçqalada baş vermiş silahlı toqquşmalarda 15 polis və daha bir neçə mülki şəxs həlak olub.
 
S.Laçın
 
Seçilən
104
moderator.az

1Mənbələr