AZ

Yay aylarında kondisionersiz sərinlənməyin 10 YOLU

Yay aylarının dünyada və ölkəmizdə çox isti keçməsi, insanları sərin qala bilməyin yollarını axtarmağa sövq edir. Bəziləri kondisionerdən istifadə edir, bəziləri isə daha sərin ərazilərə axın edir. Təbii ki, bunlar üçün müəyyən miqdarda ödəniş etmək lazım gəlir. Ancaq bu gün yay aylarında evlərimizdə sərin qala bilməyin daha sərfəli yollarını araşdırıb sizlərə təqdim edirik. 
 
1. YATMAZDAN ƏVVƏK ÇARPAYI ÜZLÜKLƏRİNİ SOYUDUN
 
Yatmazdan bir-iki saat əvvəl çarpayı və yastıq üzünüzü buzluğa qoyun. Bunlar kifayət qədər uzun müddət buzlu qala bilər ki, çox isti hiss etmədən asanlıqla yuxuya gedə bilərsiniz.
 
2. CORABLARINIZI YA DA AYAQQABINIZI BUZLUĞA ATIN.  
 
Siz həmçinin sərinləmək üçün corab və ya ayaqqabınızı soyuda bilərsiniz. Ayaq və ayaq barmaqları temperatur dəyişikliklərinə qarşı çox həssasdır. Onlar bədən temperaturun tənzimlənməsində rol oynayırlar. Ayaqlarınızı sərin tutmaqla bədənininiz qalan hissəsini sərin saxlaya bilərsiniz.
 
3. VENTİLYATORDAN İSTİFADƏ EDİN.
 
Ventilyator kondisionerdən daha çox enerjiyə qənaət edir. Yatağınızın yanına ventilyator qoyub qarşısına buzlu su qoya bilərsiniz. Buz soyuq havanın yaranmasına səbəb ola bilər.
 
4. NƏM DƏSMALDAN İSTİFADƏ EDİN.
 
Yuxuya gedərkən bədəninizi sərinlətmək üçün yatağınıza nəmli bir dəsmal sərə bilərsiniz. Çarpayının döşəyinə zərər verməmək üçün altına quru dəsmal qoya bilərsiniz. Dəsmal bütün gecə boyunca soyuq qalmasa da, yuxuya gedənə qədər sizi sərin saxlayacaq.
 
5. YATARKƏN PAMBIQ TOXUMALI GEYİMLƏR GEYİNİN
 
Pambıq geyimlər bədəndən nəmi və istini uzaq saxlamaq üçün yararlıdır.
 
 
6. SƏRİNLƏŞDİRİCİ ÇARPAYI ALA BİLƏRSİNİZ.
 
Standart matrasdan hazırlanan yataqlar istini özündə saxlaya bilər. Sərin bir yuxu üçün nəzərdə tutulan, hava axını mövcud olan və nəfəs ala bilən xüsusiyyətə malik yataqlar mövcuddur.
 
7. SƏRİNLƏŞDİRİCİ ÖRTÜ VƏ YASTIQDAN DA İSTİFADƏ ETMƏK OLAR. 
 
Əgər sərinləşdirici çarpayıları almaq üçün yetərli qədər büdcəniz yoxdursa, eyni xüsusiyyətləri özündə ehtiva edən örtü və yastıqlar da mövcuddur. Sözügedən məhsulların təbii pambıq, kətan və bambuk kimi nəfəs ala bilən materiallardan hazırlandığına diqqət edin. 
 
8. OTAĞINIZA GÜNƏŞİN DÜŞMƏSİNİN QARŞISINI ALIN
 
İşığa davamlı qaranlıq pərdələri yataq otağının çox istiləşməsinin qarşısını ala bilər. Bu pərdələr istiliyi əks etdirərək pəncərədən içəri keçməsinə mane olur.
 
9. EVİNİZİN AŞAĞI MƏRTƏBƏSİNƏ ÜSTÜNLÜK VERİN. 
 
Dupleks evlərdə isti hava yuxarıya qalxır. Bu o deməkdir ki, yuxarı mərtəbə aşağıdan daha istidir. Buna görə də, daha sərin bir yuxu üçün aşağı mərtəbəni seçə bilərsiniz. 
 
10. YATMAZDAN ƏVVƏL SOYUQ SU İÇƏ BİLƏRSİNİZ.
 
Gecə tərləmənin qarşısını almaq məqsədi ilə önəmli miqdarda soyuq su içmək məsləhət görülür. Soyuq suyu içməklə bədən istiliyinizi aşağı sala bilərsiniz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
moderator.az

1Mənbələr