AZ

Digər ölkələrOrban: ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, ABŞ Ukraynada dərhal atəşkəs üçün təşəbbüslə çıxış etməlidir.

“Report” xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna verdiyi müsahibədə danışıb.

“Orada heç sülh danışıqlarından da danışmırıq. Bizə hər iki tərəfə, eləcə də Avropaya məqbul olan sülh yolunu tapmaq maqsədilə hərəkət etmək üçün yer verilməlidir. Nəhayət, bu, bizim dinc yaşaya biləcəyimiz yeni Avropa təhlükəsizlik arxitekturasından bəhs edəcək”, - Orban bildirib.

Baş nazir bildirib ki, Rusiyanın hərəkətləri beynəlxalq münasibətlərin prinsiplərini pozur.

“Ancaq məni Ukraynanın və ya Rusiyanın maraqları maraqlandırmır, mən ilk növbədə müharibənin dayandırılmasını və atəşkəsin bərqərar olmasını istəyirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
far.az

7Mənbələr