AZ

Dağıstanın Serqokala rayonunun rəhbəri saxlanılıb

Maqomed Ömərovun oğulanları terror aktında iştirakda şübhəli bilinirlər
Dağıstanın Serqokala rayonunun rəhbəri Maqomed Ömərov respublikada törədilmiş terror aktından sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə AYNA rus mediasına istinadən bildirir.
“112” “Telegram” kanalı mənbələrə istinadən xəbər verir ki, Ömərovun iki oğlu – Adil və Osman, ilkin məlumata görə, Mahaçqala və Dərbəndə hücumda iştirak ediblər. Hər ikisi pravoslav kilsələri, sinaqoq və yol polisi postuna hücumdan sonra təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
RBC-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ata Ömərov FSB əməkdaşları tərəfindən dindirilir. Başqa bir məlumata görə isə Ömərovu götürməyə gələn avtomobil Serqokala kəndində atəşə tutulub.
“112”nin məlumatına görə, məmur öz istəyi ilə istefaya getməyə hazırlaşsa da, vaxtı olmayıb. Region rəhbərliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, Ömərov vəzifəsindən azad ediləcək.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında Dərbənddə terrorçular pravoslav kilsəsinə hücum ediblər. Kilsənin başçısı 66 yaşlı Nikolay Kotelnikov və mühafizəçi ölüb. Cinayətkarlar sinaqoqa da hücum ediblər və nəticədə sinaqoq yanıb. Respublika Müftiliyi ölənlərin ümumi sayının 9 nəfər olduğunu, onlardan yeddisinin hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu qeyd edib. 25 nəfərin yaralandığı, 16 nəfərin isə Mahaçqaladakı xəstəxanalara yerləşdirildiyini bildirib. Dərbənddə polis idarəsinin rəisi həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
ayna.az

1Mənbələr