AZ

Dağıstanda üç günlük matəm ELAN EDİLDİ

İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Melikov sərəncam imzalayıb.

Matəm günlərində respublikanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək. Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziya və radio şirkətləri bütün əyləncə tədbirləri və verilişləri ləğv edəcəklər.

Məlikov respublika hökumətinə silahlıların hücumları zamanı yaralananlara yardımın göstərilməsi üçün lazımi tədbirlərin görülməsini tapşırıb.

Xatırladaq ki, iyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib. Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, iki sinaqoq və bir yol polisi postu atəşə tutulub . Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
publika.az

2Mənbələr