Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda keçirilən Şotlandiya - Macarıstan matçının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Macarıstan millisinin üzvü Roland Şallai olub.
27 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Onun komandası rəqibini 1:0 hesabı ilə məğlub edib. Beləliklə, Macarıstan A qrupunda 3-cü yeri tutub. Komanda pley-off şansını qoruyub. Reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-offa adlayacaq.