AZ

AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.

Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimalhesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.

Seçilən
82
6
cbcsport.az

4Mənbələr