Bu gün Avro-2024-də qrup mərhələsinin 3-cü turuna start verilib.
QOL.az xəbər verir ki, A qrupunda iki oyun keçirilib.
Artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb
Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gəlib. Oyunda Macarıstan millisi 1:0 hesablı qələbə qazanıb.
Bu oyunlardan sonra A qrupunun 2-cisi də bəlli olub. İsveçrə yığması 2-ci, Macarıstan 3-cü, Şotlandiya 4-cü yeri tutub.
1/8 finalda Almaniya C qrupunun (İngiltərə, Danimarka, Sloveniya, Serbiya) 2-cisi, İsveçrə isə B qrupunun (İspaniya, İtaliya, Albaniya, Xorvatiya) 2-cisi ilə qarşılaşacaq.
23 iyul
Avro-2024
A qrupu
23:00. İsveçrə - Almaniya - 1:1
Qollar: Ndoye, 28 - Fülkruq, 90+2
23:00. Şotlandiya - Macarıstan - 0:1
Qol: Ksobot, 90+10
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5-3 | 5 |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |