AZ

Gəncədə region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması layihəsi yekunlaşıb - FOTOLAR

“Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsünün icrası yekunlaşıb.

“Təmas – Sərvi” MMC-nin direktoru Kubra Ələkbərova QHT.az-a bildirib ki, 13 iyun 2024-cü il tarixində Gəncə şəhərində təşəbbüsün Yekun Konfransı baş tutub. Konfransda Gəncə şəhəri icra Hakimiyyəti, Mediasiya Şurası, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi, AQUK -nin Göygöl və Goranboy rayon Ailələrə Dəstək Mərkəzləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər  Birləşmiş Xəstəxanası, Samux rayon Gənclərin Karyera İnkişaf Mərkəzi, Gəncə Peşə Hazırlığı Mərkəzi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri iştirak ediblər. Təşkilatın rəhbəri Südabə Məmmədova bildirib  ki, konfransın məqsədi layihənin nəticələrinin ictimaiyyətə təqdim olunması idi.

Layihənin icrası ilə bağlı təşəbbüsün rəhbəri Kubra Ələkbərova layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı maraqlı təqdimat etdi: "Təşəbbüsün icrası dövründə həssas vəziyyətdə olan 15 qadın üçün iki aylıq dərzi kursu, benefisiarlar tərəfindən hazırlanmış məhsulların potensial korporativ müştərilərə təqdim edilməsi məqsədilə Gəncə və ətraf rayonlarda 10 sərgi və B2B görüşü, qadınlar üçün 12 mentotluq sessiyası və digər fəaliyyətlər həyata keçirildi, 500 buklet paylandı. Təşəbbüs çərçivəsində yaradılmış "Təmas-Sərvi" sosial sahibkarlıq müəssisəsi cəmiyyətə müsbət təsir göstərmək və gender əsaslı zorakılıqla mübarizəyə  töhfə vermək  məqsədi  ilə qurulan bir iş modelidir. Bu  müəssisə, ənənəvi biznes kimi gəlir əldə etməyi hədəfləsə də, əsas məqsədi həssas vəziyyətdə olan qadınlar üçün məşğulluq imkanları yaratmaq və təşkilatın nəzdində fəaliyyət göstərən qadın – uşaq sığınacağına dəstək göstərməkdir. Hesab edirik ki, sosial sahibkarlıq, cəmiyyətimizdə müsbət dəyişikliklər yaratmaq üçün güclü bir vasitə ola bilər".

Qeyd edək ki, təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
qht.az

4Mənbələr