AZ

İsrail daha 20 fələstinlini qanadllayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən şəhərlərdə növbəti əməliyyatlar həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi məlumat yayıb.

Bildirilib ki, İsrail əsgərlərin İordan çayının qərb sahilindəki Hebron, Cenin, Nablus, Ramallah, Qalkilya, Yerixo və digər şəhərlərdə çoxsaylı evlərə  və iş yerlərinə basqınlar təşkil edib: "Bu zaman biri uşaq, biri lisey şagirdi olmaqla, ümumilikdə 20 fələstinli heç bir səbəb olmadan həbs olunublar. Bundan əlavə, İsrail əsgərləri basqınlar fələstinlilərə və onların ailələrinə qarşı zorakılıq etməkdən çəkinməyiblər, üstəlik, onların evlərinə də zərər vurublar..."

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
mia.az

1Mənbələr