AZ

Almaniya millisinin müdafiəçisi 1/8 final görüşünü buraxacaq

Almaniya millisinin müdafiəçisi Conatan Ta Avropa çempionatının 1/8 final görüşünü buraxacaq.

AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə sarı vərəqə alan "Bayer 04"ün (Leverkuzen) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.

28 yaşlı oyunçu I tur çərçivəsində keçirilən Şotlandiya ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, 1/8 finalda A qrupunun ikincisi B qrupunda ikinci yeri tutan komanda ilə qarşılaşacaq. A qrupunda birinci pilləni tutan yığma isə C qupunun ikincisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
cebheinfo.az

4Mənbələr